media-17908599531842458600_1200x630

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

ERAmedia-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, görülən işlər çərçivəsində Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib. Belə ki, Mirzəağa Əliyev küçəsi ilə Neftçilər prospekti aralığında olan zolaq uzadılaraq Salatın Əsgərova küçəsinə kimi davam etdirilib.

Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,5 km-ə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.

Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Artıq Bakı ərazisində mikromobillik vasitələri ilə edilən səfərlərin sayı yarım milyonu ötüb. Belə ki, 2026-cı ilin sentyabr ayında velosiped və skuterlər 548 min dəfə sifariş edilib. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 264 min 50 nəfər, qət edilən məsafə isə 2 milyon 648 min kilometr təşkil edib. Mikromobillik vasitələrinin sifarişində, istifadəsində və qət edilən məsafə üzrə bu, rekord göstəricilərdir.


media-adspc

Bənzər xəbərlər