Bakının bu yol kəsişməsinin hərəkətində dəyişiklik edilib
Yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti layihə həyata keçirilib.
ERAmedia-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb. Xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.
Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.










