media-1737174495_1731300224_1679996666_1570353417_baku-baki-azerbaycan

Bakı şəhərinin Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.

ERAmedia-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri gecə saatlarında həyata keçiriləcək.

Təmir işləri aşağıdakı tarixlərdə aparılacaq:

Oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək;

Oktyabrın 10-u saat 23:00-dan oktyabrın 11-i saat 07:00-dək;

Oktyabrın 11-i saat 23:00-dan oktyabrın 12-si saat 07:00-dək.

Təmir işləri müddətində qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən mümkün nəqliyyat sıxlığının qarşısını almaq üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


media-adspc

Bənzər xəbərlər