Bakının ilk qız məktəbinin müəllimələri – Tarixi FOTO
Bakının təhsil tarixindən maraqlı fotoşəkil ictimaiyyətə təqdim edilib.
ERAmedia xəbər verir ki, Hacı Zeynalabdin Tağıyevin qız rus-türk məktəbinin müəllimələrinin 1910-1913-cü illərdə çəkilmiş fotosu sosial şəbəkələrdə paylaşılıb.
Foto Ədalət Tahirzadə tərəfindən təqdim edilib.
Şəkildə həmin dövrdə məktəbdə fəaliyyət göstərən yeddi qadın müəllim əks olunub. Onlar soldan sağa Adilə xanım Şahtaxtinskaya, Nabat xanım Nərimanzadə, Gülbahar xanım Axriyeva, Gövhər xanım Qazıyeva, Məryəm xanım Gembitskaya, Şərəbanı xanım Şabanova və Mina xanım Məhəmmədzadədir.
Tarixi foto XX əsrin əvvəllərində Bakıda qadınların təhsil və pedaqoji fəaliyyətində iştirakını əks etdirən qiymətli arxiv nümunələrindən biri kimi diqqət çəkir.
Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə yaradılan qız məktəbi Azərbaycanda qadın təhsilinin inkişafında mühüm rol oynayıb. Məktəbdə çalışan qadın müəllimlər isə həmin dövrdə maarifçilik ideyalarının yayılmasına və qızların təhsil imkanlarının genişlənməsinə töhfə veriblər.
Vüsalə










