Bakının mərkəzində SÖKÜNTÜ
Bakının mərkəzində – Üzeyr Hacıbəyov və Xaqani küçələrində 1 ədəd 14 mərtəbəli və 2 ədəd 5 mərtəbəli binalar sökülür.
ERAmedia Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə istinadən xəbər verir ki, ərazidəki bütün sakinlərlə qanunvericiliyə uyğun qaydada razılıq əldə olunub, onlar köçürülərək müvəqqəti yaşayış yeri ilə təmin edilib.
Açılan ərazidə 28 mərtəbəli yaşayış kompleksinin inşası nəzərdə tutulur.









