media-whatsapp-image-2026-10-07-at-13-01-43

125 il əvvəl, 7 oktyabr 1901-ci ildə Bakıda Azərbaycan qızlarının təhsil tarixində mühüm hadisə baş verdi.

ERAmedia xəbər verir ki, həmin gün Bakıda rəsmi olaraq “Aleksandrinski qadın müsəlman məktəbi” adı ilə ilk qızlar məktəbi fəaliyyətə başlayıb.

Məktəbin yaradılması Azərbaycan cəmiyyətində qadınların maariflənməsi və təhsilə çıxışının genişlənməsi baxımından mühüm addım hesab olunur. Burada təhsil alan qızlar sonrakı illərdə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin ictimai və mədəni həyatında fəal rol oynayıblar.

Bu təhsil ocağı Azərbaycan qadınının cəmiyyətdəki mövqeyinin güclənməsinə, savadlanmasına və gələcək nəsillərin yetişdirilməsinə mühüm töhfə verib.

Məktəbin yaradılmasında böyük rol oynayan xeyriyyəçi və maarifpərvər Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü Azərbaycan tarixində xüsusi yer tutur.

Azərbaycan qızlarının təhsil yolunda yeni bir mərhələnin başlanğıcı olan bu tarixi hadisədən 125 il ötür. Hacı Zeynalabdin Tağıyevə Allah rəhmət eləsin.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər