Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin qalibi olub
Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
ERAmedia xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda ukraynalı Dilşot Xalmatovla qarşılaşıb.
Rəqibinə qalib gələn Balabəy Ağayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.









