media-n8xi1xurlbts3urmzaclwlrdgkkyeekspo41fvii_825
media-bant_master

Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində sursat aşkar edilib.

ERAmedia xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib, zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


media-adspc

Bənzər xəbərlər