media-ads-728x90
media-17558449616492028873_1200x630
media-ads-728x90

Kəlbəcər rayonunda istehsal olunun bal və arıçılıq məhsullarının beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur.

ERAmedia xəbər verir ki, 2021-ci ildə Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı Kəlbəcər balı ilə bağlı söylədiyi fikirlər arıçılıqla məşğul olan ailələr üçün mühüm stimul və ruh yüksəkliyi yaradıb.

Bu diqqətin davamı olaraq, Kəlbəcər şəhərinin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb. Burada bal ilə yanaşı, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur.

Gələcəkdə bu məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib.


media-ads-728x90

Bənzər xəbərlər