media-w_1617718685176110050521_1200x630

media-w_1617718685173563020399_1200x630

Uzun illər “Neftçi” klubunda, SSRİ millisinin heyətində çıxış etmiş və öz dövrünün ən güclü, ən istedadlı hücumçularından olmuş Anatoli Banişevskinin anadan olmasının 80-ci ildönümü münasibətilə mərasim təşkil olunub.

ERAmedia xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə baş tutan tədbirdə mərhum futbolçunun yaxınları və Azərbaycan futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Anatoli Banişevskinin Azərbaycan futbol tarixindəki əvəzsiz rolundan danışıblar. Qeyd olunub ki, o, təkcə “Neftçi”nin deyil, ümumilikdə Azərbaycan futbolunun simvollarından biri olub. Yüksək texnikası, qol duyumu və meydandakı liderliyi ilə azarkeşlərin böyük sevgisini qazanıb. Onun SSRİ çempionatlarında və beynəlxalq oyunlarda göstərdiyi parlaq çıxışları bu gün də xatırlanır.

Ailə üzvləri onun böyük futbolçu həm də qayğıkeş ata olduğunu bildiriblər.


media-adspc

Bənzər xəbərlər