“Barselona” – dan növbəti qələbə
İspaniya La Liqasının altıncı turunun son oyunları çərçivəsində “Ovyedo” və “Barselona” qarşılaşması keçirilib.
ERAmedia xəbər verir ki, matç Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:3. Baxmayaraq ki, ev sahibləri Alberto Reynanın qolu ilə hesabı açsalar da, yekunda məğlub olublar.
Erik Qarsiya, Robert Levandovski və Ronald Arauxonun qolları sayəsində “Barselona” səfərdən üç xalla qayıdır.