media-njk7qyekvcmxv9cww6ihvboledazjfg83tfe7zi7_1200-1

İspaniya La Liqasının 35-ci turunda “Barselona” doğma meydanda “Real Madrid”i 2:0 hesabı ilə məğlub edərək vaxtından əvvəl ölkə çempionu titulunu qazanıb.

ERAmedia xəbər verir ki, “Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşmada hesabı 9-cu dəqiqədə Markus Reşford açıb.

18-ci dəqiqədə Ferran Torres Kataloniya klubunun üstünlüyünü artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Bu qələbədən sonra “Barselona” xallarının sayını 91-ə çatdıraraq sona üç tur qalmış çempionluğu rəsmiləşdirib.

77 xalı olan “Real Madrid” ikinci pillədə qərarlaşıb.

“Barselona” tarixində 29-cu dəfə İspaniya çempionu olub.


media-adspc

Bənzər xəbərlər