“Barselona” onunla razılığa gəlib
“Barselona” 2026-cı il Dünya Çempionatının “Qızıl Top” mükafatçısı Rodri ilə müqavilə şərtləri barədə razılığa gəlib.
ERAmedia xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto “X” sosial şəbəkəsində məlumat yayıb.
Dünya çempionu olan 30 yaşlı ispaniyalı futbolçunun hazırda “Mançester Siti” ilə müqaviləsi var. İngiltərə klubu yarımmüdafiəçini 60–70 milyon avro qarşılığında satmağa hazırdır.










