media-videoedited
media-pasinyan-yeni-son
media-shehidler_olmez_baner_full

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.

O, bunu Tbilisidə keçirilən V Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

“Prezident İlham Əliyev dünən elan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, çox mühüm bəyanatdır və mən bu addımına görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirmək istəyirəm. Mən həm də buna görə Qazaxıstan Prezidentinə və Gürcüstanın Baş nazirinə minnətdarlığımı ifadə edirəm”, – deyə Paşinyan vurğulayıb.


media-adspc

Bənzər xəbərlər