Baş nazirdən israilli nazirə qadağa tələbi
İspaniyanın baş naziri Pedro Sançes “Sumud” aktivistlərinin işgəncəyə məruz qalmasına görə İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir-in Avropa İttifaqı (Aİ) ölkələrinə səfərinin qadağan olunmasını tələb edib.
ERAmedia xəbər verir ki, Sançes “X” platformasında etdiyi paylaşımda beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olan “Qlobal Sumud Donanması” aktivistlərinin İsrail və onun ordusu tərəfindən alçaldıldığı görüntülərə diqqət çəkib.
“İsrail Milli Təhlükəsizlik naziri Ben-Qvirin Qəzzaya dəstək verən beynəlxalq donanmanın üzvlərini alçaltması ilə bağlı görüntülər qəbuledilməzdir. Vətəndaşlarımıza pis rəftar edən heç kimə dözümlülük göstərməyəcəyik”, – deyə o bildirib.
Sançes həmçinin Brüsseli bu cür sanksiyaların dərhal Avropa İttifaqı səviyyəsinə çıxarılması üçün addım atmağa çağırıb.
Vural










