media-17846329596139161786_1200x630

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll edilməsi üçün müvafiq tədbirlər görülür.

ERAmedia-ya Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 21-də Baş prokuror Kamran Əliyev Kəlbəcər rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

 


media-adspc

Bənzər xəbərlər