media-17803338914719826401_1200x630

Azərbaycanın 3×3 basketbol üzrə qadın millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda ilk oyununa çıxıb.

ERAmedia xəbər verir ki, komanda qrupun birinci oyununda Madaqaskar seçməsi ilə qarşılaşıb və rəqibinə 21:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millinin qrupda növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 22:20-də qrupun və turnirin əsas favoritlərindən sayılan Niderland seçməsinə qarşı olacaq.


media-adspc

Bənzər xəbərlər