media-17805084455971420890_1200x630

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda sonuncu qrup oyununa çıxıb.

ERAmedia xəbər verir ki, yığma ev sahibi Polşa seçməsi ilə qarşılaşıb.

Görüş millimizin 20:13 hesablı qələbəsi ilə bitib.

Bu qələbə komandamız qrup ikinciliyini rəsmiləşdirib. Qeyd edək ki, millimiz 1/4 final mərhələsinə vəsiqə uğrunda D qrupunun üçüncüsü ilə pley-in görüşündə qarşılaşacaq.


media-adspc

Bənzər xəbərlər