media-1751440016_screenshot_20250702_110242_instagram

“Həmişə yaxşı və ya pis bir hadisə olanda səbəbini axtarmışam. Anlamağa çalışmışam. Uşaqlıqdan belə bir xüsusiyyətim var. İnsanların davranışlarının, sevgisinin, nifrətinin səbəbini bilmək istəmişəm”.

ERAmedia xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.

Müğənni qeyd edib ki, erkən yaşlarından fərqli janrlarda kitablar oxuyaraq, başqa insanların gözü ilə də dünyanı dərk etməyə çalışıb.

“Yəni təkcə özümün görüb anladığım həyat mənə yetərli olmayıb.
Son illərdə isə hər davranışımı, əhvalımı, düşüncələrimi analiz edirəm. Çünki özümü tanımaq istəyirəm. Nəyi niyə etdiyimi, səbəbini bilmək istəyirəm. Hətta başqa insanların mənə qarşı etdiyi pisliyi belə ciddiyə almıram, nifrət bəsləmirəm.

Gecə saatlarında hamı yatanda mən oyaq qalmaq istəyirəm. Səhərə yaxın yuxuya gedirəm. Gecənin sükutunda özümlə tək qalıb özümü tanımağı, tərbiyə etməyi öyrənmişəm”, – deyə o əlavə edib.

Müğənni vurğulayıb ki, insanlara bağlanmamağı, onların fikrindən və sevgisindən asılı olmamağı seçdiyi üçün sevgi hissini içində sanki dondurub:

“Özümə qarşı da kiminsə nə sevgisini, nə də bağlanmasını istəmirəm. Bu xüsusiyyətdən də azad ola bilmirəm.

Sanki ətrafımda özümü insanlardan qorumaq üçün bir çərçivə qurmuşam”.


media-adspc

Bənzər xəbərlər