media-17650972872940416111_1200x630
media-bant_master

media-1765097287273245166_1200x630
Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

ERAmedia xəbər verir ki, ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq hissələrinə isə qar yağıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Ordubad rayonunun Parağaçay qəsəbəsində 2500 metr yüksəklikdə qarın hündürlüyü 2 santimetr, Şahbuz rayonunun Batabat yaylağında isə 1 santımetr olub.

Hazırda yağıntılı hava şəraiti davam edir.


media-adspc

Bənzər xəbərlər