“Bavariya” Almaniya kubokunun qalibi olub
Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya kubokunun qalibi olub.
ERAmedia xəbər verir ki, kubok uğrunda turnirin Berlindəki “Olimpiya” stadionunda keçirilən final qarşılaşmasında Münxen təmsilçisi “Ştutqart” ilə üz-üzə gəlib. Oyunda “Bavariya” rəqibin qapısından üç cavabsız top keçirib. Komandanın heyətində Harri Keyn het-trik edib. O, matçın 55-ci, 80-ci və 90+2-ci dəqiqəsində (p) fərqlənib.
Beləliklə, bu mövsüm 35-ci dəfə çempionluğu bayram edən “Bavariya” 2020-ci ildən sonra ilk dəfə, ümumiyyətlə isə 21-ci dəfə Almaniya Kubokunun sahibi olub. Bundan başqa, komanda 2025-2026-cı mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 55 oyunun 46-da qələbə qazanıb. Mövsüm ərzində 6 görüşdə heç-heçə edən münxenlilər cəmi 3 görüşdə meydandan məğlub ayrılıblar. Bu nəticə klubun 2012-2013-cü illərin trebl mövsümündə müəyyən etdiyi rekordun təkrarıdır.









