“Bavariya”-dan “Leyptsiq” üzərində böyük QƏLƏBƏ
Bundesliqanın 18-ci turunun əsas qarşılaşmasında “Bavariya” klubu “Leyptsiq”in qonağı olub.
ERAmedia xəbər verir ki, görüşdə münxenlilər böyük hesabla qalib gəliblər – 5:1.
Ötən günün digər görüşlərində “Borussiya Dortmund” öz meydanında “St Pauli” ilə görüşdə 90+6-cı dəqiqədə Emre Canın vurduğu qol sayəsində çətin qələbə qazanıb – 3:2. “Bayer Leverkuzen” səfərdə “Hoffenhaym”a minimal hesabla uduzub – 0:1. “Köln” doğma divarlar arasında “Maynts”ı məğlub edib – 2:1. “Hamburq” – “Borussiya Münxenqladbax” görüşündə qapılara top vurulmayıb. “Volfsburq” – “Haydenhaym” oyununda komandalar hərəyə bir dəfə fərqlənib – 1:1.
Bu həftə UEFA Çempionlar Liqasında “Qarabağ” ilə qarşılaşacaq “Ayntraxt Frankfurt” səfərdə “Verder Bremen” ilə heç-heçə edib – 3:2.
Tura “Ştutqart” – “Union Berlin” və “Auqsburq” – “Frayburq” görüşləri ilə yekun vurulacaq.
Bundesliqada 50 xalla “Bavariya” liderlik edir. Münxenlilər ən yaxın izləyicisi – “Borussiya Dortmund”dan 11 xal öndədir.









