media-17644388883653012433_1200x630
media-bant_master

“Bavariya” Bundesliqanın 12-ci turunda öz meydanında “St Pauli” ilə qarşılaşıb.

ERAmedia  xəbər verir ki, görüşdə hesabı matçın 6-cı dəqiqəsində qonaqlar açıblar. Lakin Münxen təmsilçisi ilk hissənin sonunda – 44-cü dəqiqədə Rafael Qerreronun qolu ilə hesabı bərabərləşdirib. “Bavariya” oyunun əsas vaxtına əlavə olunmuş hissədə Luis Diaz (90+3) və Nikolas Ceksonun (90+6) qolları ilə qələbə qazanıb – 3:1.

Günün digər oyunlarında “Hoffenhaym” öz meydanında “Auqsburq”un qapısından üç cavabsız top keçirib. Paytaxt təmsilçisi “Union Berlin” ev oyununda “Haydenhaym”a uduzub – 1:2. “Verder Bremen” – “Köln” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Günə “Bayer Leverkuzen” – “Borussiya Dortmund” oyunu ilə yekun vurulacaq.


media-adspc

Bənzər xəbərlər