media-17879506433651653644_1200x630

Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 2026-2027-ci il mövsümünə “Bavariya” – “Ştutqart” matçı ilə start verilib.

ERAmedia xəbər verir ki, Münxen təmsilçisi çempionata böyükhesablı qələbə ilə başlayıb – 5:1. Oyunda hesabı “Bavariya”nın fransalı müdafiəçisi Dayo Upamekano açıb – 1:0. Qarşılaşmanın 52-ci dəqiqəsində isə “Ştutqart” müdafiəçi Yoşa Vaqnomanın qolu ilə hesabı bərabərləşdirib – 1:1. Lakin Ştutqart təmsilçisinin sevinci uzun sürməyib. Bu qoldan üç dəqiqə sonra Mişel Olise “Bavariya”nı hesabda yenidən irəli çıxarıb – 2:1. Görüşün 58-ci dəqiqəsində Y.Vaqnoman avtoqola imza ataraq hesab arasındakı fərqin daha da artmasına səbəb olub. Matçın 82-ci dəqiqəsində Aleksandar Pavloviç münxenlilərin dördüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Luis Dias qoyub – 5:1.

Çempionatın birinci turunun digər görüşləri avqustun 29-da və 30-da keçiriləcək.


media-adspc

Bənzər xəbərlər