media-photo_5195129954222412312_w

ABŞ-ın sabiq prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin birinci əri qətl ittihamı ilə saxlanılıb.

ERAmedia xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, keçmiş birinci xanım Cill Baydenin sabiq əri hazırkı həyat yoldaşını öldürməkdə ittiham olunur.

77 yaşlı Uilyam Stivenson nəzarətə götürülüb. Məhkəmə onun barəsində 500 min ABŞ dolları məbləğində girov təyin edib.

Ehtimal olunan qətlin detalları hələlik açıqlanmır. Bildirilir ki, dekabr ayında polis Stivensonların evinə məişət zorakılığı ilə bağlı daxil olan çağırış əsasında gedib. Hadisə yerində Uilyamın həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb. Ona tibbi yardım göstərilməyə çalışılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər