media-1779810334937327673_1200x630

ABŞ ilə Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

ERAmedia xəbər verir ki, işıqlandırma mərasimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Kanadada yaşayan soydaşlarımız Azərbaycan bayraqlarını dalğalandıraraq mərasimi böyük sevinc və coşqu ilə izləyiblər. Milli rəqsimizin sədaları altında rəqs edib, bayram sevinclərini şəlalənin füsunkar görüntüsünün fonunda foto çəkdirən ziyarətçilərlə bölüşüblər.

Hadisə ərazidə olan yerli sakinlərin və turistlərin diqqətini cəlb edib. Aksiya ilə maraqlananlara Azərbaycanın Müstəqillik Günü haqqında məlumat verilib.

media-17798103343794735509_1200x630

 

media-17798103342837653300_1200x630


media-adspc

Bənzər xəbərlər