media-17716711171577337384_1200x630

Türkiyənin amfibiya gəmisi üzərində yerləşdirilən “Bayraktar TB3” silahlı pilotsuz uçuş aparatı (SİHA) NATO təlimində “Eurofighter” döyüş təyyarələri ilə birgə uğurlu uçuş nümayiş etdirib.

ERAmedia xəbər verir ki, uçuş Baltik bölgəsində keçirilən mühüm fəaliyyətlərdən biri olan “Steadfast Dart 2026” təlimi çərçivəsində icra edilib.

“TCG Anadolu” gəmisindən havalanan “Bayraktar TB3” “Eurofighter”lərlə ortaq missiya zamanı 8 saat uçaraq 1700 kilometr məsafə qət edib.

Türkiyənin müdafiə sənayesinin pilotsuz sistemlər sahəsində çatdığı səviyyəsini göstərən bu uçuş “Eurofighter” təyyarələri ilə pilotlu və pilotsuz platformaların birlikdə fəaliyyət modelinin sınağı kimi də qiymətləndirilir.


media-adspc

Bənzər xəbərlər