media-17718576431105911709_1200x630

Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasında iqlim dəyişiklikləri və ekstremal təbii şərait fonunda kənd təsərrüfatının davamlılığını təmin etmək məqsədilə stresədavamlı bitkilərin seçilməsi və yetişdirilməsi üzrə elmi-tədqiqat işləri aparılıb.

Bu barədə ERAmedia-ya kafedradan məlumat verilib. Mütəxəssislər bildiriblər ki, quraqlıq, torpaqların şoranlaşması və temperatur dəyişiklikləri fonunda ənənəvi əkinçilik modelləri səmərəliliyini itirir. Yeni texnologiyaların tətbiqi və elmiəsaslı seleksiya olmadan məhsuldarlığın sabit saxlanması mümkün deyil.

Araşdırmalar, həmçinin nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qorunması, onların genetik ehtiyatlarının saxlanılması və adaptasiya potensialının artırılmasına xidmət edir. Eyni zamanda, bu tədqiqatlar ekosistemlərin funksional sabitliyinin təmin olunmasına və təbiətin özünütənzimləmə mexanizmlərinə uyğun fəaliyyətin aparılmasına imkan yaradır.

Mütəxəssislər vurğulayır ki, stresədavamlı bitkilərin inkişafı, biomüxtəlifliyin qorunması və müasir texnologiyaların tətbiqi vahid elmi-ekoloji strategiyanın tərkib hissəsidir. Bu yanaşma yalnız kənd təsərrüfatının dayanıqlığını təmin etmir, həm də torpaqların sağlamlığını qoruyur, su resurslarını səmərəli istifadə etməyə imkan verir və ekosistemlərin funksional sabitliyini uzunmüddətli perspektivdə təmin edir. Eyni zamanda, elmiəsaslı seleksiya və innovativ texnologiyalar məhsuldarlığın artırılmasında və nadir bitki növlərinin qorunmasında mühüm rol oynayır.


media-adspc

Bənzər xəbərlər