media-1790752395267656601_1200x630

Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, bu il oktyabrın 1-dən noyabrın 1-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək.

ERAmedia xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə çağırış edib.

Bildirilib ki, aylıq çərçivəsində nəqliyyat vasitələrinin istismarı zamanı atmosferə atılan zərərli maddələrin azaldılması, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə və nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

BDYPİ sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə mühərrikin və işlənmiş qazları xaric etmə sisteminin vəziyyətinə diqqət yetirməyə çağırıb.

“Atmosferə normadan artıq zərərli tullantı buraxan nəqliyyat vasitələrinin istismarı ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərir. Sürücülərdən avtomobillərinə vaxtlı-vaxtında texniki qulluq göstərmələri, nasazlıqları aradan qaldırmaları və nəqliyyat vasitələrini müəyyən edilmiş ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaları xahiş olunur. Təmiz hava və sağlam ətraf mühitin qorunması hər birimizin məsuliyyətidir”,- deyə çağırışda vurğulanıb.


media-adspc

Bənzər xəbərlər