Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq
Zaqatala rayonunda yay aylarında yağan leysan yağışlardan sonra qəzalı vəziyyətə düşən körpü bərpa ediləcək.
ERAmedia xəbər verir ki, rayonun Car, Axaxdərə, Taxtalar, Kikobar və Tarixlər kəndlərinin sakinləri gediş-gəliş zamanı bu körpüdən rahatlıqla istifadə ediblər. Lakin yayda Bəkməz çayına gələn selin körpünü zədələməsindən sonra sakinlərin körpüdən yararlanması çətinləşib.
Zaqatala rayon Fövqəladə Hallar Komissiyasından da bildirilib ki, körpünün əsaslı bərpası, eləcə də həmin ərazidən keçən yolun asfaltlanması nəzərdə tutulur. Maliyyə ayrıldıqdan sonra işlər mərhələli şəkildə həyata keçiriləcək.









