Bələdiyyə sədri qardaşını güllələdi
Hollandiyanın Haarlemmermeer bölgəsində yerli siyasəti sarsıdan faciəvi hadisə baş verib.
ERAmedia-nın xarici mediaya istinadən məlumatına görə, Haarlemmermeer bələdiyyə sədrinin aralarındakı maliyyə mübahisəsi səbəbilə yaranan mübahisə zamanı öz doğma qardaşını güllələyərək öldürdüyü bildirilir.
Şahid ifadələrinə və yerli mənbələrdən yayılan məlumatlara görə, hadisə dünən axşam saatlarında bələdiyyə sədrinin evində baş verib. Uzun müddətdir davam edən və yüksək məbləğli borc səbəbindən qarşı-qarşıya gələn iki qardaş arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib.
Mübahisə şiddətləndikdən sonra bələdiyyə başçısı silaha əl ataraq qardaşına atəş açıb və onu ağır yaralayıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının bütün səylərinə baxmayaraq, qardaş həyatını itirib.
Rəsmi qurumlar hadisə ilə bağlı hələ geniş açıqlama verməsə də, cinayət şübhəlisi kimi bələdiyyə başçısı Marianne Şurmans və hadisədə iştirak edən ailə üzvləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Prokurorluq isə şübhəlinin saxlanıldığını və dindirildiyini təsdiqləyib.
Bu xəbər Hollandiya ictimaiyyətində böyük sarsıntı yaradıb, bölgə sakinləri və bələdiyyə məclisi üzvləri isə hadisənin şokunu yaşayır. Siyasi analitiklər qeyd edir ki, bu hadisə həm yerli idarəetmədə, həm də partiya daxilində ciddi boşluq və böhran yarada bilər.
Vural










