media-1787847366_j06ivcdzam9lzptnimoqw8kvdgvuxzpbu8xckz1a

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən yaşayış evinə çırpılıb. Qəza nəticəsində evin divarının bir hissəsi dağılıb.

Hadisə zamanı evdə olan 3 nəfər – İsmayılzadə Sevinc, İsmayılzadə Xədicə və İsmayılzadə Günel müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər