media-img_5296
media-bant_master

 Yeni Azərbaycan Partiyası ( YAP) Bərdə rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Aparatın məsləhətçisi Əlövsət Məmmədovun yubileyi qeyd edilib.

ERAmedia xəbər verir ki , mərasimində çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya fəalı və veteranı Əlövsət Məmmədovu yubileyi münasibətilə təbrik edib. Bildirib ki, Əlövsət Məmmədov harada işləməsindən asılı olmayaraq Ulu öndər Heydər Əliyev ideyalarına və Partiyamiza sədaqətlə xidmət edib. İşlədiyi dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət qullugunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Təbrik zamanı YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov yubilyarı görüntülü danışaraq təbrik edib, təşkilata işində uğurlar arzulayıb.

Yubilyar Əlövsət Məmmədov Ulu öndər Heydər Əliyevin yaratdığı Partiyanın üzvü olmaqdan qürur duyduğunu, Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələri önə çəkərək bugün də Zəfər tariximizlə və Partiyamıza fəxr etdiyini bildirib.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya yubilyarı təşkilatın Fəxri Fərmanı ilə təltif edib və hədiyyə ilə mükafatlandırıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Əli  Fərhad

 


media-adspc

Bənzər xəbərlər