media-berde

Bərdədə hamilə qadın xəstəxananın həyətində körpə dünyaya gətirib.

ERAmedia xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb.

Bildirilib ki, avqustun 10-u səhər saat 10:40 radələrində 35 həftəlik hamilə qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb. Həkimlərin çevik və peşəkar müdaxiləsi nəticəsində ana və körpəyə zəruri tibbi xidmətlər vaxtında göstərilib və nəticədə çəkisi 2 kq. 190 qr., boyu 45 sm, cinsi qız olan körpə dünyaya gəlib.

Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir.


media-adspc

Bənzər xəbərlər