media-videoedited
media-1635393590_1635365717_berde-1635365476-1
media-shehidler_olmez_baner_full

Ermənistan silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutmasından 5 il ötür.

ERAmedia xəbər verir ki, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin gedişində – oktyabrın 5-də Bərdə şəhərini atəşə tutub. Bərdənin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.

Ermənistan Cenevrə Konvensiyasının tələbləri pozaraq dinc əhalini atəşə tutmaqla növbəti müharibə cinayəti törədib.

Ümumilikdə, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə və Bərdə ilə yanaşı, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonları da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.

Ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər