media-vsce39qcqcsjmpl65jnounha1kbzdx0stps9u3l9_1200

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb.

ERAmedia APA-ya istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.


media-adspc

Bənzər xəbərlər