Bəxtiyar Tağıyevə yeni vəzifə verilib
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova müşavir təyin edilib.
ERAmedia Oxu.Az-a istinadla xəbər verir ki, bu vəzifəyə Bəxtiyar İslam oğlu Tağıyev gətirilib.
Qeyd edək ki, Bəxtiyar Tağıyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.









