media-17656613455128949683_1200x630
media-bant_master

Heydər Əliyev Sarayında böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

ERAmedia xəbər verir ki, tədbirdə Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığını, milli ruhu və vətənpərvərlik ideyalarını əks etdirən ölməz misraları səsləndirilib.

Xalq artisti Mehriban Zəki, Əməkdar artist Elşən Rüstəmov, qiraət ustası Sabirə Abdullayeva və bədii qiraətçi Xəzər Süleymanlının ifasında şairin şeirləri səsləndirilib.

Gecə çərçivəsində, həmçinin Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Qeyd edək ki, tədbir, Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən keçirilib.


media-adspc

Bənzər xəbərlər