media-w_1617800317076343413842_1200x630

Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.

ERAmedia xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər