media-17679582325844238544_1200x630

media-1767958232405649373_1200x630

Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FIS təqviminə əsasən keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci gününün qalibləri müəyyənləşib.

ERAmedia xəbər verir ki, turnirin ikinci günündə idmançılar dağ xizəyinin Slalom növündə mübarizə aparıblar.

Gərgin keçən yarışların yekununda İsveçrə təmsilçisi Nikita Anner 1-ci, Qazaxıstan idmançısı Dalel Talkunova 2-ci, gürcüstanlı idmançı Nino Thklauri isə 3-cü pillədə qərarlaşıb.

media-1767958232523342728_1200x630

Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Qazaxıstan və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.

Qeyd edək ki, turnir yanvarın 11-nə qədər davam edəcək. Sabah idmançılar Qiqant Slalom növündə birincilik uğrunda mübarizə aparacaqlar.


media-adspc

Bənzər xəbərlər