media-80e9c0kcro0tqge1eg6a
media-bant_master

Biləsuvarda baş verən bədbəxt hadisə ilə bağlı təfərrüat məlum olub.

ERAmedia  Oxu.Az-a istinadən  xəbər verir ki, hadisə ötən gün rayonun 8 saylı qəsəbəsində qeydə alınıb.

Belə ki, 64 yaşlı Məkurə Gülənova qaz sobasının üzərinə yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Qadın xəstəxanaya aparılsa da, onun artıq öldüyü məlum olub.

Məlumata görə, qadın yüksək qan təzyiqindən, şəkərdən və öd xəstəliyindən əziyyət çəkirmiş. Yaxın zamanda əməliyyat olunmaq üçün xəstəxanaya getməyi planlaşdırıbmış.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


media-adspc

Bənzər xəbərlər