Biləsuvarda ağır qəza olub
Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
ERAmedia xəbər verir ki, “Report”un məlumatına görə, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi “Toyota” markalı avtomobil rayonun Səmədabad kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü T.Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüb. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.










