media-img_7067

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

ERAmedia “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun bu rayonun giriş hissəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“Rexton” markalı minik avtomobilində olan 3 nəfərin Qubadlı rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


media-adspc

Bənzər xəbərlər