media-bill

Bill Qeyts əsis etdiyi fondun əməkdaşları ilə keçirilən görüşdə iş adamı bildirib ki, onun rus qadınlarla iki şəxsi münasibəti olub və bu barədə sonradan maliyyəçi Ceffri Epşteyn məlumat əldə edib. Lakin həmin münasibətlərdə Epşteynin qurbanlarının iştirak etmədiyi vurğulanıb.

ERAmedia xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Məlumata görə, Qeyts fond əməkdaşlarına Epşteynlə vaxt keçirməyin və Fondun rəhbərlərini onunla görüşlərə dəvət etməyin böyük səhv olduğunu bildirib.

Mətbuatda yayılan məlumatlara əsasən, Qeyts çıxışında belə deyib:
“Etdiyim səhvə görə bu məsələyə cəlb olunmuş digər insanlardan üzr istəyirəm. Mən heç bir qanunsuz hərəkət etməmişəm. Qanunsuz heç nə görməmişəm”.

Daha sonra Qeyts Fondu “Reuters” agentliyinə verdiyi açıqlamada bildirib ki, Bill Qeyts fond əməkdaşları ilə keçirilən görüşdə mərhum maliyyəçi və cinsi cinayətkar Cefri Epşteynlə əlaqələrinə görə məsuliyyəti öz üzərinə götürüb.

Vural


media-adspc

Bənzər xəbərlər