Binədə mağazada yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə ERAmedia -ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 200 kv.m. olan tikinti materiallarının satışı mağazasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları 100 kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.










