Binəqədidə bu yaşayış binası plana düşüb - Sakinlərə 1340 manat kompensasiya veriləcək
Bakıda daha bir ünvanda yaşayış binası söküləcək.
ERAmedia Baku.ws-ə istinadən xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu, 92/352 ünvanındakı binadan gedir.
Bildirilib ki, 1908-ci ildə inşa olunan yaşayış binası hazırda qəzalı vəziyyətdə olduğu üçün plana düşüb.
Qeyd edək ki, evlərin hər kvadratmetrinə 1 340 AZN kompensasiya təklif olunur. Sakinlərlə razılıq əldə olunduqdan sonra söküntü işlərinə başlanacaq.
Xatırladaq ki, paytaxtın Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.









