media-fhn

Bakının Binəqədi rayonunda yanğın başlayıb. 

ERAmedia xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


media-adspc

Bənzər xəbərlər