media-1765782510_nura-suri

İspaniyanın Kaseres şəhərində bir çörəkxana həm insanlara kömək etməyin, həm də yararlı qidanı israf etməməyin sadə yolunu tapıb.

ERAmedia xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkə hesabında bu nümunəvi təşəbbüs barədə paylaşım edib. O bildirib ki, hər axşam çörəkxana bağlandıqdan sonra ertəsi gün satışa çıxarılmayacaq bagetlər və çörəklər zibilə atılmır. Əvəzində onlar parça torbalara yığılaraq çörəkxananın girişindən asılır.

Nura Surinin paylaşımına görə, yeməyə ehtiyacı olan hər kəs həmin çörəkləri pulsuz götürə bilər. Bunun üçün içəri girməyə, icazə istəməyə və ya niyə köməyə ehtiyacı olduğunu izah etməyə ehtiyac yoxdur.

Müğənni vurğulayıb ki, bu təşəbbüs qarşılıqlı etimada əsaslanır: hər kəs yalnız həqiqətən ehtiyacı olduğu qədər götürür. Səhər çörəkxana yenidən açılanda isə torbalar, adətən, artıq boş olur.

Nura Suri qeyd edib ki, bu kiçik addım eyni anda iki problemin həllinə kömək edir: yararlı qida israf olunmur, ehtiyacı olan insanlar isə heç bir əlavə sual və çətinlik olmadan çörəyi pulsuz əldə edə bilirlər.

“Bəzən həqiqi yardım üçün böyük və səs-küylü layihələrə ehtiyac yoxdur. Hələ də kiminsə işinə yaraya biləcək bir şeyi sadəcə zibilə atmamaq kifayətdir”, – deyə paylaşımda vurğulanıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər