media-photo_5260250596256715706_w

Maykl Kerrolun həyatı 19 yaşında İngiltərədə lotereyada təxminən 10 milyon funt sterlinq qazandıqdan sonra sürətlə dəyişib.

ERAmedia xəbər verir ki, gənc yaşlarında milyonlarla pul toplayan Kerrol səkkiz il ərzində sərvətini boşa xərcləyib və köhnə işinə qayıtıb.

2002-ci ildə zibil yığıcısı işləyərkən Maykl Kerrol 9,7 milyon funt sterlinq dəyərində böyük bir cekpot qazanıb. O dövrdə təxminən 10 milyon funt sterlinq dəyərində olan bu mükafat İngiltərədə geniş müzakirə olunurdu.

Məlumata görə, Kerrol qazandığı pulları narkotiklərə, qumara, əyləncələrə və qadınlara xərcləyib. İllər keçdikcə sərvəti sürətlə azalıb. Tezliklə müflis olub və zibil yığıcısı kimi işinə qayıdıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər