media-17809807573987919176_1200x630

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru yeni layihəyə start verib.

ERAmedia xəbər verir ki, bu barədə Oğuz rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.

Bildirilib ki, gənclərin şəxsi inkişafına, peşəyönümünə və ictimai fəallığının artırılmasına xidmət edən “Bir gün bir könüllü gənc” layihəsi iyun və iyul ayları ərzində həyata keçiriləcək.

Layihənin əsas məqsədi rayon gənclərinə müxtəlif fəaliyyət sahələrində birgünlük könüllü təcrübə qazanmaq imkanı yaratmaq, onların bacarıq və maraqlarını kəşf etmələrinə dəstək olmaqdır.

Layihə çərçivəsində iştirakçılar dövlət qurumlarında, sosial və mədəniyyət müəssisələrində, idman sahəsində, təhsil və xidmət sektorlarında könüllü fəaliyyət göstərəcəklər. Gənclər bir gün ərzində seçdikləri sahənin iş prinsipləri ilə yaxından tanış olacaq, həmin sahədə öz potensiallarını sınayacaq və praktiki təcrübə əldə edəcəklər.

“Bir gün bir könüllü gənc” layihəsi gənclərin əmək bazarına hazırlığının gücləndirilməsi, peşə seçimində düzgün qərar vermələri və aktiv vətəndaş mövqeyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin sonunda iştirakçılar əldə etdikləri təcrübələri bölüşəcək, müxtəlif sahələr üzrə yeni bilik və bacarıqlar qazanaraq gələcək karyera planlamalarında daha inamlı addımlar atacaqlar.

Qeyd edilib ki, layihənin ilk iştirakçısı rayon üzrə gənc və idman sektorunun təşkil etdiyi tədbirin keçirilməsində yaxından iştirak edən gəncimiz Nuray Babayeva iştirak edib. Layihənin iyun və iyul aylarında davam edəcəyi, sonda iştirakçılarla görüş keçiriləcəyi. təəssüratları öyrəniləcəyi və iştirakçı sertifikatları veriləcəyi bildirilib.


media-adspc

Bənzər xəbərlər